Göygöldə yol qəzası: 10 yaşlı uşaq öldü

12

Göygöl rayonunda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb.

yasamal.tv-ın məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2012-ci il təvəllüdlü E.Cəfərovu “VAZ” markalı avtomobil vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.