Kürdəmirdə avtomobil aşıb: 3 yaralı

11

Kürdəmir rayonunda avtomobil aşıb, 3 nəfər xəsarət alıb.

yasamal.tv xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil yolda hərəkətdə olarkən anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sürücü və onun iki sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin