“Taxıl ixracı və qlobal ərzaq böhranının qarşısını almaq üçün Kiyev Polşa və Rumıniyadan keçən iki marşrut hazırlayıb”.
yasamal.tv xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik deyib.
“Qlobal ərzaq təhlükəsizliyi təhdid altındadır, çünki Rusiya-Ukraynaya müharibəsi Qara dənizdən taxıl ixracını dayandırıb, geniş qıtlığa və qiymətlərin artmasına gətirib çıxarıb”, – deyə Senik bildirib.
Onun sözlərinə görə, Ukrayna ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması üçün Baltikyanı ölkələrlə danışıqlar aparır:
“Bu marşrutlar mükəmməl deyil, lakin biz onları inkişaf etdirmək üçün əlimizdən gələni edirik”.
“Ukrayna ərazisində 30 milyon tona yaxın taxıl saxlanılır və ixraca ehtiyac var” , – deyə Dmitri Senik əlavə edib.