Conni Deppin motosikleti hərraca çıxarılacaq

14

Amerikalı aktyor Conni Deppin “Cry-Baby” (1990) musiqili filminin çəkiliş meydançasında istifadə etdiyi 1955-ci il istehsalı olan “Harley Davidson Model K” motosikleti “Kruse GWS Auctions” hərracında satılacaq.

yasamal.tv xəbər verir ki, lotun ilkin qiyməti 250 000 dollardır.

Hərrac 25 iyunda başlayacaq.

Hazırda motosiklet Missuri ştatının Branson şəhərindəki muzeydə saxlanılır. Əvvəllər o, dəfələrlə sahiblərini dəyişib, həmçinin ABŞ-da keçirilən sərgilərdə iştirak edib.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin