“Ukraynadan Avropaya 4,8 milyondan çox qaçqın gəlib” – BMT

10

Müharibə səbəbindən Ukraynadan Avropanın 44 ölkəsinə 4,8 milyondan çox qaçqın gəlib.

yasamal.tv xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında deyilir.

Bildirilib ki, qaçqınların 3,2 milyondan çoxu müxtəlif ölkələrdə müdafiə və yardım milli proqramları çərçivəsində qeydiyyata alınıb.

Ümumilikdə, Rusiya 1,12 milyon, Polşa 1,15 milyon, Almaniya 780 min, Çex Respublikası 366 mindən çox, İtaliya 126 minədək, İspaniya 118 mindən çox qaçqın qəbul edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin