Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq hərbi təlimlərinin İzmirdə keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”nün iyunun 9-da olacaq hissəsində prosesi izləyəcək.
Millitirbuna.az xəbər verir ki, məlumatı “Efes-2022” təlimlərinin mətbuat mərkəzi yayıb.
Bildirilir ki, Türkiyənin dövlət başçısının Azərbaycanın da iştirakı ilə keçirilən təlimlər çərçivəsində nitq söyləyəcəyi nəzərdə tutulub.
Qeyd edək ki, mayın 9-da başlanan təlimlər sabah başa çatacaq.