İranda bina çökdü: Ölən və yaralananlar var

11

Bu gün səhər saatlarında İranın qərbində yerləşən Kirmanşah vilayətində Nosud şəhərində 4 mərtəbəli bina çöküb.

yasamal.tv-ın məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə nəticəsində indiyədək 2 nəfər ölüb, 8 nəfər yaralanıb. O, əlavə edib ki, hadisə yerinə 4 ədəd təcili yardım maşını və bir ədəd vertolyot ezam olunub. Hadisənin səbəbləri araşdırılır.

Xatırladaq ki, 23 mayda İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində 41 nəfər ölüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin