Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində bu gün saat 12:00-da Pit zolağında gəzinti olacaq.
yasamal.tv xəbər verir ki, Pit zolağı gəzintisi 2 saata yaxın davam edəcək, burada F-1 azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünya şöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə edəcəklər.
Yalnız üçgünlük bileti olan tamaşaçılar Pit zolağı gəzintisində iştirak edə biləcəklər. Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.