Azərbaycanın mini-futbol üzrə yığması Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında 1/8 final oyununa çıxıb.
yasamal.tv xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv İsrail millisini məğlubiyyətə uğradıb – 3:0. Beləliklə, Azərbaycan yığması 1/4 finala yüksəlib.
Növbəti mərhələdə rəqib Slovakiya – Gürcüstan matçının qalibi olacaq.