Belarus – Azərbaycan oyununun hakimləri açıqlanıb

10

UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda keçiriləcək Belarus – Azərbaycan oyununun təyinatları açıqlanıb.

yasamal.tv-ın məlumatına görə, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Məhəmməd Əl-Hakimə Fredrik Kliver və Markus Lundqren Klitte laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.

Qeyd edək ki, mayın 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Azərbaycan yığması bu gün Qazaxıstanın qonağı olacaq, Belarus seçməsi isə Slovakiya kollektivini qəbul edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin