Finlandiya Prezidenti Sauli Niinistödən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
yasamal.tv xəbər verir ki, məktubda deyilir:
“Ölkənizin milli bayramı – müstəqilliyinizin 104-cü ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza firavanlıq, əmin-amanlıq, tərəqqi diləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.