Gəncə şəhəri 26 nömrəli məktəbin şagirdləri qalib oldular – Fotolar

11

Gəncə şəhəri 26 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-lisey Kompleksinin 1ç sinif şagirdləri müxtəlif şəhər və rayonlardan gələn 600 şagird arasında keçirilən sınaqda ilk onluğa düşən şagirdlər olub.

yasamal.tv xəbər verir ki, 1ç sinfinin müəlliməsi Əhmədova Ramilə Taleh qızıdır. Onun şagirdləri yarışmada “Cool School” kursu adından iştirak ediblər. Bilik yarışması sınağı 7-8 may tarixində baş tutub. “Çempi10” əlaçıların bilik yarışmasında fərqləndiyinə görə şagirdlər müxtəlif yerlərə sahib olublar. Yarışmada Nigar Əhmədova, Zahid Heydərov, Kərim Rzayev, Mədinə Məmmədova, Rüqəyya Rüstəmova, Ayxan Vəliyev, Ləman Ağazadə və Ayan Quliyeva öz fəallıqları ilə seçiliblər.

1-ci siniflər üzrə Nigar Əhmədova 500 bal əsasında topladığı 470 balla birinci yeri tutub. Zahid Heydərov, Kərim Rzayev və Mədinə Məmmədova isə 500 bal əsasında 440 bal toplayaraq 2-ci yerin sahibi olublar. Digər şagirdlər isə “Çempi10” sıralamasında fərqli yerlərin sahibi olublar. Bu şagirdlər 22 may 2022-ci il tarixində “Cool School”un direktorunun imzası əsasında fərqlənən şagirdlər kimi qeyd ediliblər. 23 may 2022-ci il tarixində isə 26 nömrəli məktəbin həmin şagirdlərinə təqdim olunub.

Digər sınaqlarda da iştirak edən 1ç sinfinin şagirdləri əsasən 1, 2, 3 və 4-cü yerləri tutublar. Həmin şagirdlərə “Azəri” kursundan İsmayılzadə Elmini, Hüseynov Əlini, Quluyeva Ayanı, Tarverdiyeva Nərmini, Əliyev Sənanı, “Cool School”dan isə Heydərov Zahidi, Ağazadə Ləmanı, Məmmədova Mədinəni, Vəliyev Ayxanı, Rüstəmova Rüqəyyanı, Əhmədova Nigarı, Rzayev Kərimi misal çəkmək olar. Həmin şagirdlərə “Azəri” kursunun direktoru tərəfindən imzalanan təltifnamələr təqdim olunub.

Bununla yanaşı, “Sfera N1” Tədris Mərkəzinin 1-ci sinif şagirdi Rzayev Kərim Rauf oğlu 27 mart 2022-ci il tarixində keçirilən sınaq imtahanında 1-ci yerin qalibi olub.

Onu da qeyd edək ki, Ramilə müəllimənin sinifi təkcə təhsillə deyil, digər aktivlikləri ilə də seçilirlər. 8 Noyabr Zəfər Gününə həsr olunan tədbirdə iştirak edən şagirdlər öz rəqsləri ilə alqışa layiq görülüblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin