Aprelin 22-də Norveçin paytaxtı Osloda “Champions Chess Tour” onlayn seriyasının bir hissəsi olan şahmat üzrə “Oslo Esports Cup” turniri başlayır.
yasamal.tv xəbər verir ki, turnirdə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da mübarizə aparacaq.
Norveçdə keçirilən turnirin özəlliyi ondan ibarətdir ki, yarış onlayn formatda keçirilsə də, ilk dəfə olaraq onun bütün iştirakçıları Osloda yerləşən “chess24” studiyasında olacaqlar.
Turnirin ümumi mükafat fondu 210 min ABŞ dolları (357 min AZN) təşkil edir.
Eyni zamanda qrossmeysterlər hər oyunda 7,5 min dollar (12,7 min manat) qazanmaq uğrunda zəka mübarizəsi aparacaqlar.
Turnirdə Məmmədyarov və Karlsenlə yanaşı, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Le Kuanq Lye (Çin), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) iştirak edəcəklər.