Türkmənistanın Bayramali şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları bu günlərdə yerli gözəllik salonlarına gedərək qadın və qızlara bəzi kosmetik xidmətlərin göstərilməsinin qadağan edildiyini bildiriblər.
yasamal.tv xəbər verir ki, bu haqda Türkmənistan KİV-lərində məlumat yayılıb.
Məlumatlara əsasən salon sahiblərinə qadağanın pozulacağı halında ağır cərimələr və 15 sutka həbslə bağlı xəbərdarlıq edilib.
Xəbərdarlıqda bildirilib ki, botoksun tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsinə qadağa qoyulub.
Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları qadağanın tətbiqini təsdiq edən heç bir sənəd göstərməyib və onun səbəblərini izah etməyiblər.