İran İslam Respublikasını OPEC-də təmsil edən Hüseyn Kazımpur Ərdəbili 68 yaşında vəfat edib.
yasamal.tv xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
H.Kazımpur mayın əvvəllərində beyindaxili qanaxma nəticəsində komaya düşüb.
Agentlik bildirir ki, H.Kazımpur bu gün səhər ölüb.
H.Kazımpur İranın Yaponiyada səfiri olub. O, 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsinin imzalanmasında yaxından iştirak edib.(oxu.az)