Ukraynanın bu ilin birinci rübündə Türkiyədən aldığı müdafiə sənayesi məhsullarının dəyəri əvvəlki illə müqayisədə 30 dəfədən çox artıb.
yasamal.tv xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin açıqladığı rəqəmlərdə qeyd olunub.
2021-ci ilin birinci rübündəki 1,9 milyon dollarlıq göstəricilə müqayisədə Türkiyə bu dövrdə Ukraynaya 59,1 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.
Qeyd edək ki, Türkiyə və Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlıq edir. Ukrayna son illərdə Türkiyənin “Baykar” şirkətindən 20-dən çox “Bayraktar TB2” pilotsuz uçuş aparatı alıb.