1959 qazi və şəhid ailəsi üzvü işlə təmin olunub

12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir. Marafona qoşulan işəgötürənlərin sayı artıq 627-yə çatıb.

yasamal.tv xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, həmin işəgötürənlərdən 332-si dövlət, 295-i isə özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona təqdim edilən vakansiyaların sayı isə 4363-ə çatıb.

Təqdim edilən vakansiyalar üzrə artıq 1959 nəfər işlə təmin edilib. Onlardan 1599 nəfəri qazi, 360 nəfəri isə şəhid ailəsi üzvüdür.

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin