

Ðîññèÿ. Ìîñêâà. Ñïèêåð Ñîâåòà Ôåäåðàöèè ÐÔ Âàëåíòèíà Ìàòâèåíêî íà ïëåíàðíîì çàñåäàíèè Ñîâåòà Ôåäåðàöèè ÐÔ. Ñåðãåé Áîáûëåâ/ÒÀÑÑ
Rusiya enerji resurslarının tədarükü ilə bağlı bütün mümkün variantlara, o cümlədən Avropanın onları almaqdan imtinasına hazırdır, bu halda resurslar başqa bazarlara yönəldiləcək.
yasamal.tv xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə açıqlamasında bildirib.
“Bizi belə ssenari, yəni Rusiyadan Avropaya enerji axınının tam dayandırılması maraqlandırmır, lakin Avropa İttifaqı hələ də belə düşünülməmiş addım atarsa, biz bütün mümkün variantlara hazırıq”, – Matviyenko deyib.
O, daha sonra qeyd edib: “Qlobal bazarda enerji resurslarının həcmi məhduddur. Pandemiyadan sonra iqtisadiyyatlar indi sürətlə inkişaf edir. Biz Asiya ölkələrinin, Çinin, Hindistanın necə sürətlə inkişaf etdiyini görürük və enerji tələbatı açıq şəkildə artacaq. Əgər Avropa İttifaqı belə qərar qəbul edərsə, bu, o deməkdir ki, biz sadəcə olaraq bazarları əvəz etmək üçün müxtəlif variantları hazırlamalıyıq”.
Onun sözlərinə görə, Moskva faktiki olaraq hələlik heç bir cavab tədbiri görməyib, Matviyenko hesab edir ki, ABŞ və Avropada baş verənlər Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sadəcə bumeranq effektidir.
“Bu arada, ölkənin qaz tədarükünün rublla ödənilməsi tələbi məcburi tədbirdir” – Federasiya Şurasının sədri bildirib.