Masallıda yol qəzası: yaralılar var

9

Masallıda mikroavtobusla “VAZ” markalı minik avtomobili toqquşub.

yasamal.tv-ın məlumatına görə, hadisə rayonun Qarğalıq kəndi ərazisində baş verib.

Sürücülər xəsarət almasalar da, mikroavtobusda olan Qədirli kənd sakinləri 1971-ci il təvəllüdlü Salayeva İlhamə Malik qızı, 1977-ci il təvəllüdlü Camalova Südabə Frut qızı və 1980-ci il təvəllüdlü İslamova Günel Beytulla qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Təcili Tibbi Yardım xidmətinin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin