Diplomat Vəhdət Sultanzadə vəfat edib

15

Azərbaycanın diplomatı Vəhdət Sultanzadə vəfat edib.

yasamal.tv xəbər verir ki, bu barədə “Report”a ailəsindən məlumat verilib.

Bildirilib ki, diplomat 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1988 – 1991-ci illərdə SSRİ-nin Türkiyədəki konsulu olub. 2006 – 2010-cu illərdə Azərbaycanın Türkmənistandakı səfirliyində müşavir kimi fəaliyyət göstərib. Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Diplomatik fəaliyyəti dövrü (55 il) ərzində Azərbaycan SSR-nin XİN-də, Rusiya Federasiyası və Azərbaycanda müxtəlif rəhbər vəzifələri tutub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin