Şöbə müdiri: “Qeysəriyyə əməliyyatı tibbi xidmətlər zərfinə daxildir”

18

“Hamilə qadınlara patronaj xidməti icbari tibbi sığortanın tibbi xidmətlər zərfinə daxildir. Bu xidmət ginekoloqlar tərəfində tibb müəssisələrində həyata keçirilir”.

yasamal.tv xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva bildirib.

Onun sözlərinə görə, doğuşaqədər tibbi xidmət, eyni zamanda doğuş və həkim göstərişi olduğu halda qeysəriyyə kəsiyi əməliyyatı da icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir:

“Lakin bunun üçün mütləq şəkildə həkim göstərişi olmalıdır. Bundan əlavə doğuşdan sonra həkim məsləhəti olarsa, xəstəxanada yatış günlərinin qarşılanması, gündəlik qidalanma da təmin olunur. Yatış dövründə aparılan labarator analizlər də tibbi xidmətlər zərfinə daxildir” – o deyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin