“Rüstəm İbrahimbəyov ölümsüz insandır. O, Bakı məhəllələrinin yetirməsi idi, onların bağrından doğulmuş bir insan idi. Rüstəmin sonrakı işlərində Bakı havası var idi. O göstərdi ki, bakılı olmaq, mentaliteti qorumaq, Bakı havasını saxlamaqla dünya mədəniyyətinə qovuşmaq mümkündür”.
yasamal.tv xəbər verir ki, bunu Xalq şairi Ramiz Rövşən mərhum yazıçı Rüstəm İbrəhimbəyovla vida mərasimində deyib. O bildirib ki, Rüstəm İbrahimbəyov əsərləri ilə Vətənə, torpağa bağlı olduğunu göstərib və dünya mədəniyyətinə verdiyi töhfələrlə yadda qalıb.
“Baxmayaraq ki, rus dilində yazırdı, varlığı ilə, təpədən dırnağa kimi azərbaycanlı idi və bu torpağa bağlı idi. O, göstərdi ki, köklərə bağlı olub dünyanı gəzmək, dünyaya söz demək və tanınmaq mümkündür. Köklər adama mane olmur. Rüstəmi dünya və Azərbaycan üçün saxlayan əsərləri olacaq. Kino üçün böyük təşkilatçı idi. Onun gedişindən kinonun təşkilati işlərində əlbəttə, boşluq olacaq. Rüstəm həm sənətkar, həm nəzəriyyəçi, həm də təşkilatçı idi. Bu, nadir hallarda bir insanda toplanan xüsusiyyətlərdir”.(azvision.az)