Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda ölən dinc sakinlərin sayı açıqlanıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Saytlar Fövqəladə Hallar Dövlət Xidmətinə istinad ediblər.
Rusiyanın Ukraynaya təcavüzünün qurbanı olan sakinlərin ilkin sayı açıqlanıb. Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, yarım mindən çox Xarkov sakini həlak olub. Qurum yaydığı bəyanatda deyir ki, “Təsdiqlənmiş məlumatlara görə, işğalçılar müharibə başlayandan Xarkovda 500-dən çox dinc sakini öldürüblər. Onlardan 88-i dağıntılar altından çıxarılıb. Axtarış işləri dayanmır. Xilasedicilərin sayəsində müharibə başlayandan 189 insanı xilas etmək mümkün olub”.
Qeyd edək ki, Xarkov Şəhər Şurasının məlumatına görə, artıq burada 600-ə yaxın bina dağıdılıb.