Ukraynanın Xarkov şəhərinə çoxsaylı zərbələr endirilməsi nəticəsində daha bir nəfər ölüb, digəri isə yaralanıb.
yasamal.tv xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəsmi nümayəndəsi Oleh Syniehubov bildirib. Onun sözlərinə görə, şəhər ötən gün 65 dəfə atəşə tutulub.
Hazırda Xarkov vilayətinin İzium, Balaklia və Derqaçi rayonlarında döyüşlər gedir.
Qurum rəsmisi qeyd edib ki, müharibə başlayandan bəri şəhərdə 600 yaşayış binası Rusiya ordusu tərəfindən dağıdılıb: “Xarkovda 50 məktəb və bir sıra tibb müəssisəsi, o cümlədən doğum evləri də bombalanıb”.
İzium merinin müavini Volodimir Matsokin isə deyib ki, şəhər iki həftədir mühasirədədir. Şəhərdə su, işı, istilik, qida, dərman və rabitə problemi yaranıb.
“Vəziyyət Mariupoldakından yaxşı deyil. Məlumat aldıq ki, hücumdan sağ çıxanlar xəstəlikdən və dərman çatışmazlığından ölürlər. Ölənləri basdırmağa heç kim yoxdur”,- deyən Matsokin şəhərin təcili humanitar yardıma ehtiyacı olduğunu bəyan edib.