Rusiyanın Ukraynada daha bir generalı öldürülüb

11

“Azov” alayı Ukrayna ərazisinə hücum edən Rusiya Silahlı Qüvvələrinin general-mayorunu öldürüb.

yasamal.tv xəbər verir ki, bu barədə alayın teleqram kanalında məlumat verilib.

“Kim bizə qılıncla gəlsə, elə qılıncdan da öləcək”, – alay vurğulayıb.

General-mayorun adı açıqlanmayıb.

Bundan başqa, bu gün “Azov” alayı Ukraynanın Mariupol şəhərindəki Rusiya ordusunun mövqelərini bombalayıb, nəticədə qarşı tərəfin bir neçə texnikası məhv edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin