Ərdoğan Baydenlə telefonla danışıb

9

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

yasamal.tv xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

Ərdoğan ABŞ Prezidenti Baydenlə danışıq zamanı regional hadisələr, o cümlədən Rusiyanın Ukraynaya hücumu, Türkiyə-ABŞ münasibətlərini müzakirə edib.

Prezident Türkiyə-Rusiya-Ukrayna xarici işlər nazirləri toplantısının Antalyada təşkil edilməsinin də özlüyündə diplomatik bir qələbə olduğunu vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin