Saakaşvili aclıq aksiyasını dayandırır

10

Gürcüstanda məhkumluq həyatı yaşayan sabiq Prezident Mixail Saakaşvili aclıq aksiyasını dayandıracağını açıqlayıb.

yasamal.tv xəbər verir ki, bu barədə siyasətçi öz feysbuk hesabında məlumat verib.

“Mən 2014-cü ildən Ukraynanı müdafiə edən, çox fəxr etdiyim və dost olduğum gürcü döyüşçülərindən məktub aldım. Məndən aclığı dayandırmağı və mümkün qədər tez tam qüvvə ilə mübarizəyə qoşulmağımı xahiş edirlər. Eyni xahiş mənim daimi əlaqədə olduğum Ukrayna Ali Komandanlığının nümayəndələrindən də gəlir. Ona görə də 20-ci gün (martın 12-si – red.) aclıq aksiyasını dayandıracağam. İndi bizə sağlam düşüncə, sağlamlıq və tam səfərbərlik, zəiflik əvəzinə güc lazımdır. Qələbəni tam hazır vəziyyətdə qarşılamalıyıq!”, – deyə o yazıb.

Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti ötən il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.

O, 6 il müddətinə həbs olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin