Rusiya ordusu indiyədək Ukraynada 2786 hərbi obyekti məhv edib.
yasamal.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Ukraynanın hərbi aviasiyasının əsas hissəsinin yerləşdiyi hərbi aerodromların 90 faizi sıradan çıxarılıb.
“Hərbi aviasiyanın əsas hissəsinin yerləşdiyi Ukrayna hərbi aerodromlarının 90%-i sıradan çıxarılıb. Xüsusi əməliyyat başlayana qədər Ukrayna silahlı qüvvələrinin 250-yə qədər istismara yararlı döyüş təyyarəsi və helikopteri var idi. Rusiya Hava Kosmik Qüvvələri yerdə və havada 89 döyüş təyyarəsi və 57 helikopteri məhv edib”, – deyə Konaşenkov vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu fevralın 24-də başlayıb.