“Victoria’s Secret” Rusiyada fəaliyyətini dayandırır

10

ABŞ-ın məşhur “Victoria’s Secret” qadın alt paltarları şirkəti Rusiyada fəaliyyətini müvəqqəti dayandırır.

yasamal.tv  xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Açıqlamaya görə, istehsalçı martın 9-da onlayn satışı dayandırır, martın 10-da isə brendin Rusiyadakı bütün satış məntəqələri bağlanacaq.

Hazırda “Victoria’s Secret”in Rusiyadakı fəaliyyətini nə qədər müddətə dayandırdığı məlum deyil.

Qeyd edək ki, martın əvvəlində “Net-a-Porter”, “Mr Porter”, “Yoox” və “The Outnet” xarici reteyl platformaları məhsullarının rusiyalı alıcılara satışını dayandırdığını elan etmişdi. Analoji addımı “Hermes”, “Louis Vuitton”, “Mango”, “Asos”, “Nike”, həmçinin “Adidas”, “Puma” və digər məşhur şirkətlər də atıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin