Putinlə Makronun telefon danışığının detalları məlum olub

11

Rusiya Prezidenti Vladimir Putinlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında telefon danışığının detalları məlum olub.

yasamal.tv xəbər verir ki, V.Putin fransalı həmkarını xarici vətəndaşların Ukrayna ərazisindən təhlükəsiz təxliyəsini təmin etmək üçün səylərə qoşulmağa çağırıb.

O, xüsusilə Xarkovda Ukrayna güclərinin girovluğunda olan hindistanlı böyük bir tələbə qrupunu xatırladıb.

E.Makron Kiyev rəhbərliyi ilə müvafiq iş aparacağına söz verib.

Həmçinin V.Putin Rusiyanın Ukraynadakı humanitar problemlərin həlli üçün xarici tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu təsdiqləyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin