Cenevrədə tərksilaha dair beynəlxalq konfransda Rusiyanın xarici işlər naziri Serqey Lavrovun çıxışının yayımı zamanı bir sıra Qərb nümayəndə heyəti boykot əlaməti olaraq zalı tərk edib.
yasamal.tv xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi xəbər verib.
“Diplomatlar Lavrovun öncədən lentə alınmış çıxışının əvvəlində nümayişkaranə şəkildə zalı tərk ediblər”, – deyə məlumatda bildirilir.
Agentlik əlavə edib ki, rusiyalı naziri dinləmək üçün konfrans zalında qalanlar arasında Yəmən, Əlcəzair, Venesuela, Suriya və Tunisdən olan nümayəndə heyətləri olub.