Zelenski: “Yaponiya Ukraynaya daha 100 milyon dollar yardım ayırdı”

11

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın baş naziri Fumio Kisida ilə danışıqlar aparıb.

yasamal.tv xəbər verir ki, bu barədə ölkə başçısı özünün “Twitter” hesabından bildirib.

Onun sözlərinə görə, Yaponiya artıq təsdiqlənmiş 100 milyon dollarlıq yardıma əlavə olaraq daha 100 milyon dollar ayırır.

Dövlət başçısı Tokionun Rusiya Federasiyasına qarşı sərt sanksiyaları tam dəstəklədiyini xatırladaraq, göstərdiyi dəstəyə görə Yaponiya hökumətinə təşəkkür edib. O, həmçinin Ukraynaya kömək üçün həqiqətən effektiv qlobal anti-müharibə koalisiyası yaradıldığını vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin