Azərbaycanla Misir Birgə Biznes Şurası yaradacaq

10

İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misirin Ticarət və Sənaye Nazirliyi arasında Azərbaycan – Misir Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

yasamal.tv xəbər verir ki, sənədə bu gün Bakıda keçirilmiş Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın V iclasında imza atılıb.

Xatırladaq ki, iclasda iştirak etmək üçün Müştərək Komissiyanın Misir tərəfdən həmsədri, bu ölkənin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatın rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin