“Qarabağ” – “Marsel” oyunundan əvvəl konsert olacaq

13

Bakıda “Qarabağ” və Fransanın “Marsel” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa gələcək azarkeşləri sürpriz gözləyir.

yasamal.tv-ın məlumatına görə, matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda tanınmış müğənnilər Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə konsert proqramı təşkil olunacaq.

Qeyd edək ki, fevralın 24-də gerçəkləşəcək “Qarabağ” – “Marsel” görüşü saat 21:45-də başlanacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin