Xocalıya həsr olunan “Xocalım biz qayıdırıq” adlı anım tədbiri keçiriləcək.
yasamal.tv xəbər verir ki, Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Müstəqil Şah Mat Teatrı və Cəlil Məmmədquluzadənin ev muzeyinin birgə əməkdaşlığı təşkilatçılığı ilə fevralın 25-də Şah Mat Teatrının səhnəsində “Xocalım biz qayıdırıq!” adlı tədbir keçiriləcək
Tədbirdə müharibə iştirakçıları, mədəniyyət və incəsənət xadimləri,gənclər iştirak edəcəklər.
Əvvəlcə tədbir iştirakçılarına Xocalı faciəsini törədənlər haqda danışılacaq.
Daha sonra Şah Mat Teatrının kollektivi “Xocalım biz qayıdırıq!”adlı kompazisya ilə çıxış edəcəklər