
Fiziki şəxslərdən mülkiyyətində olan mənzilə görə əmlak vergisi yaşayış sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Bu hesablama həmin əraziyə nəzarət edən bələdiyyə tərəfindən həyata keçirilir.
yasamal.tv Trend-ə istinadən bildirir ki, yaşayış sahəsi – AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
Əgər həmin əmlak yaşayış sahəsidirsə bu sahənin 30 kvadratmetri vergidən azad edilir.
Fiziki şəxslər üçün əmlak vergisinin dərəcələri aşağıdakı cədvəldə göstərilmişdir:(bina Bakı şəhərində yerləşdikdə hesablama, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0.7-1.5 aralığında əmsallar tətbiq olunmaqla aparılır)
Yaşayış məntəqələri | Vergi miqdarı(hər kvadratmetr üçün manatla) |
Bakı | 0.4 |
Gəncə, Sumqayıt və Abşeron rayonu | 0.3 |
Digər şəhərlər(rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri | 0.2 |
Rayon tabeliyində olan şəhərlərdə və kəndlərdə(Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) | 0.1 |
Fiziki şəxslərin əmlak vergisi yerli büdcəyə ödənilir.