Ukrayna Prezidenti Vladimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun hədələrinə münasibət bildirib.
yasamal.tv xəbər verir ki, Zelenski insanların bundan əziyyət çəkəcəyini deyib.
“Belarusdan olan bir yoldaş deyib ki, eskalasiya olarsa, elektrik enerjisinin verilməsini dayandıracaqlar. Xahiş etdim ki, mal mübadiləsi ilə bağlı mənə statistik məlumat verilsin. 6 milyard dollar. Bunun 1,5 milyard dollarını Ukrayna, 4,5 milyard dollarını Belarus ixrac edir”, – deyə o qeyd edib.
Zelenskinin sözlərinə görə, Belarus vəd etdiyi tədbirləri görsə, insanlar bundan əziyyət çəkəcək, ölkələr daş dövrünə qayıdacaq. Ukrayna Prezidenti buna qarşı cavab tədbirləri görəcəyini vəd edib.
Lukaşenko Vladimir Solovyova müsahibəsində deyib ki, əgər Kiyev Moskva ilə hərbi qarşıdurmaya girərsə və Donbasda döyüş əməliyyatları aparmağa başlayarsa, o zaman Minsk Ukraynaya elektrik enerjisi və yanacaq-sürtkü materialları tədarükünü dayandıracaq.