Azərbaycana gələn əcnəbilərin sayı artıb

10

2022-ci ilin yanvar ayı ərzində ölkəmizə 74 057 əcnəbi gəlib.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 105 faiz çoxdur. Belə ki, 2021-ci ilin yanvarında ölkəyə 36 115 turist gəlib.

Statistikaya əsasən, ölkəmizə ən çox əcnəbi Rusiya, Türkiyə, İran, Gürcüstan və Səudiyyə Ərəbistanından gəlib. Rusiyadan 26 131, Türkiyədən 17 838, İrandan 9589, Gürcüstandan 4111, Səudiyyə Ərəbistanından isə 3072 nəfər Azərbaycana səfər edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin