İslam Kərimovun nəvəsi bloqer ərindən boşandı

12

Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun nəvəsi Məryəm Tillyayeva bloqer Amiran Sardarovdan boşanıb.

yasamal.tv xəbər verir ki, cütlük ötən ilin aprelində Los-Ancelesdə ailə həyatı qurmuşdu.

“Mən ona hər şeyin ən yaxşısını arzulayıram, Los-Ancelesdə qurduğumuz kiçik ailəyə görə ona minnətdaram. Lakin təəssüflər olsun ki, Rusiyaya gəldiyimizdə o tamamilə başqa insana çevrildi və bir çox şeylərdə məni məyus etdi”, – deyə Məryəm “People News” portalına açıqlamasında deyib.

Qeyd edək ki, Məryəm 14 yaşından ABŞ-da yaşayır və Amiranla burada tanış olub. Amiran Məryəmdən 13 yaş böyükdür.

A. Sardarov 2019-cu ildə “Forbes”in versiyasına görə, Rusiya internetinin ən çox qazanan 10 ulduzu sırasına daxil edilib.

Cütlük qısa müddət davam edən bu evlilikləri ərzində qalmaqala da imza atıblar. Belə ki, bloqer öz instaqram hesabında Məryəmin alt paltarı olmadan fotosunu paylaşmışdı. Məlumata görə, Məryəmin ailəsi bu hadisədən böyük narahatlıq hissi keçirib. Nəticədə, Sardarov həyat yoldaşının ailəsindən üzr istəyib.

Xatırladaq ki, Məryəm İslam Kərimovun kiçik qızı Lola Kərimovanın qızıdır. Onun babası İslam Kərimov 2016-cı ildə dünyasını dəyişib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin