“TikTok”da 1,6 milyon izləyicisi olan Luka Pişotto anasını qorumaq istəyərkən ögey atası tərəfindən öldürülüb.
yasamal.tv xəbər verir ki, hadisə Belçikanın Lyej şəhərində baş verib. Luka anasını boğmağa çalışan ögey atası – Pyetro R.-i ondan ayırmağa çalışıb. Bu zaman Pyetro əlindəki bıçaqla ona zərbələr vuraraq yaralayıb.
Fenomen təcili tibbi yardım gecikdiyi üçün həyatını itirib.
Pyetro cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda polis tərəfindən onun axtarışları davam etdirilir.