Şabran sakinindən iki ədəd silah aşkarlandı

12

Şabran rayon sakini Mustafa Məmmədov qanunsuz silahlar saxladığına görə Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.

yasamal.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsdən iki ədəd 12 kalibrli və 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı RPŞ-də araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin