Qırğızıstan Prezidenti Sadır Japarov ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
yasamal.tv xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Prezidentlər ikitərəfli əməkdaşlığın perspektivlərini, regionda mövcud vəziyyəti, o cümlədən, Qazaxıstanda baş verən hadisələri müzakirə ediblər.
Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.