“Çıraqqala-Şabran” Dövlət Tarix Mədəniyyət Qoruğunun əməkdaşları təcrübə mübadiləsi məqsədi ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.
yasamal.tv xəbər verir ki, komplekslə yaxından tanış olan qoruq əməkdaşları üçün qarşılıqlı əməkdaşlıq məqsədi ilə dəyirmi masa təşkil edilib. Dəyirmi masada həm “Soyqırımı Memorial Kompleksi”nin həm də “Çıraqqala-Şabran” Dövlət Tarix Mədəniyyət Qoruğunun əməkdaşları qarşılıqlı olaraq gördükləri işləri müzakirə ediblər.
Sonda qoruq əməkdaşlarına soyqırımı həqiqətlərini özündə əks etdirən kitab və bukletlər təqdim edilib.
Abu Turabov