Məşhur astroloqdan Mübariz Mənsimovla bağlı – Xoş xəbər

15

Azərbaycanın məşhur astroloqu Səbuhi Rəhimli rəsmi yutub kanalından yayımladığı “Gecə söhbətləri” buraxılışında azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbsi ilə bağlı öz fikirlərini səsləndirib. Astroloq Mübariz Mənsimovun uğurlarından və gördüyü xeyriyyə işlərindən danışaraq bildirib ki, o, böyük bir iş adamı və xeyriyyəçidir. Lakin siyasi arenaya qoşulmaq Mübariz Mənsimov üçün heç də uğurlu olmadı. O, bir iş adamı kimi yetişib və onun bütün uğurları da elə öz sahəsi ilə bağlıdır.

Bundan əlavə, astroloq Səbuhi Rəhimli Mübariz Mənsimovun iyun ayının sonuna qədər azadlığa buraxılacağını da bildirib. “May-iyun ayları ərzində Mübariz Mənsimov həbsdən azad olunacaq və iyul ayından artıq o öz işinin başında olacaq”, deyə astroloq bildirib.

Xatırladaq ki, Səbuhi Rəhimlinin demək olar ki, verdiyi bütün astroloji proqnozlar zamanla öz təsdiqini tapıb. Onun xüsusən siyasi proqnozları isə daima ölkə mediasının gündəmində olur.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin