“Google” balacalar üçün faydalı olan “Read-Along” adlı tətbiqi istifadəyə verib.
Uşaqlar 9 fərqli dili dəstəkləyən tətbiq vasitəsi ilə asanlıqla oxumağı öyrənəcəklər.
Open.az xəbər verir ki, “Read-Along” tələffüzün tanınması və mətnin oxunulması funksiyasını istifadə edərək balacaların oxuma qabiliyyətini yaxşılaşdırır.
Tətbiq, mətnin oxunması üçün köməkçi “Dlya” funksiyasını istifadə edir. Sözügedən “Dlya” fonoloji problemləri aşkarlayıb, uşağa düzgün tələffüz qaydalarını mənimsəməyə köməklik edir. Hətta balacalar “Dlya” adlı köməkçiyə müraciət edərək, hər hansı söz və ya cümlənin düzgün tələffüz edilməsində belə yardım istəyə bilərlər.
Bundan əlavə şirkət uşaqlara aid heç bir məlumatın istifadə edilmədiyini xüsusi ilə vurğulayıb.
Qeyd edək ki, tətbiqdən istifadə zamanı heç bir reklam bannerləri ilə qarşılaşmayacaqsınız. Bu isə tətbiqin xüsusi ilə rahat istifadəsini təmin edəcək.