Bakıda avtomobillər toqquşub: 3 yaralı

14

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Report”a bildirib ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “BMW” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb, avtomobillərə isə ciddi ziyan dəyib.

A.Əsgərli deyib ki, qeyd olunan yolda hərəkətin təmin olunması üçün lazımi tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin