“Koronavirusu çinlilər icad etməyib”.
yasamal.tv xəbər verir ki, bunu Kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar Bakıda keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, bununla bağlı müxtəlif şayiələr var. Hər kəs bilib-bilmədən bununla bağlı danışır: “Bu, cahillikdir. İnsanda Allah qorxusu olmalıdır, belə şeyləri söyləmək olmaz. Çünki koronavirus təbiətdən çıxıb, onu çinlilər icad etməyib”.