Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü İsayev Orxan Rafiq oğlu bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.