Türkiyə parlamentinin sədri Azərbaycana başsağlığı verib

13

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

yasamal.tv-ın xəbərinə görə, o, bu barədə tviter hesabında paylaşım edib.

“Bu gün baş verən helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan xalqının başı sağ olsun”, – M.Şəntop bildirib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin