“Omikron” ştamının geniş yayılacağı şübhə doğurmur”

9

ABŞ-da koronavirusun “Omikron” ştamına yoluxma halları hələlik məlum olmasa da, onun yayılması labüddür.

yasamal.tv xəbər verir ki, bunu ABŞ Prezidentinin baş tibbi müşaviri, Milli Allergiya və Yoluxucu Xəstəlikləri İnstitutunun (NIAID) direktoru Antoni Fauçi bildirib.

“Molekul xassələrinin yüksək yoluxma gücü ştamın geniş yayılacağına şübhə doğurmur. Əlbəttə, hələlik onunla bağlı biliklərimiz azdır, amma fikrimcə, qarşıdakı bir-iki həftəyə çox şey aydınlaşar”, – ekspert qeyd edib.

Xatırladaq ki, Afrikanın cənub regionunda üzə çıxmış B.1.1.529 və rəsmi olaraq “Omikron” yunan hərfi nişanı verilmiş yeni ştam bir çox mutasiyaya və yüksək yoluxma gücünə malikdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin